Mətanət İsgəndərliyə Sevgililər günündə sevgi etirafı: illər öncə onu sevən şəxs studiyaya gəldi – FOTO

21:26

14 Fevral

Bu gün əməkdar artist Mətanət İsgəndərli Zaur Kamalın aparıcısı olduğu “5/5” verilişinin qonağı olub.

 

lady gaga

Efir zamanı ona sürpriz edilib. Zaur deyib ki, vaxtilə onu sevən bir nəfərlə bağlı sujet təqdim olunacaq. Sevindik adlı şəxs Rusiyada yaşayıb, iki qız övladı var və onları da ərə verib, hazırda nəvələri də var. O nəvələrindən birinin adını da Mətanət qoyub

 

Həmin şəxs sevgi etirafını bu cür edib:

 

“O vaxtlar Yasamalda yaşayırdıq. Mətanət xanım da tez-tez evimizin yanından keçirdi. Mən də ona gizlin-gizlin baxırdım. Ona başqa aşiq olanlar da vardı. Bu da istər-istəməz məni qısqandırırdı. Səhv etmirəmsə, 21 nömrəli məkdəbdə oxuyurdu. Evdə də bilirdilər ki, mən Mətanət xanımı sevirəm. Atam da deyirdi ki, onu sevmə, o, müğənni olacaq. Sonra atam rəhmətə getdi, başım ona qarışdı, xəbərim olmadı. Mətanət xanıma da sevgi etirafımı edə bilmədim. Bir də onda xəbərim oldu ki, Mətanət xanım artıq ailə qurub. Sonra çətinliklərlə əlaqədar Rusiyaya gedəsi oldum. Oradan qayıdandan sonra da, əlbəttə ki, evləndim, artıq nəvələrim də var. Hətta mən uşaqların toyunda Mətanət xanımı da dəvət etmək istədim, amma həyat yoldaşım bu məsələni bildiyi üçün etiraz etdi. Ona görə də çağıra bilmədim. Bu gün Sevgililər günü olduğu üçün radioya, Zaur müəllimə zəng etdim. Bu gün, Sevgililər günündə Mətanət xanıma demək istəyirəm, mən vaxtilə onu sevmişəm. Heç kim pis başa düşməsin. İndi onun da ailəsi var, mənim də. Sadəcə olaraq, istədim ki, bu, ürəyimdə qalmasın, gec də olsa, etiraf edim. Mənim o xanıma hörmətim sonsuzdur”.

 

Tanınmış müğənni həmin şəxsi dinləyərkən kövrəlib və şokda olduğunu deyib:

 

“Bayaqdan şokdayam. Özü də gözəl kişidir. Mənim heç nədən xəbərim olmayıb. Görün necə səmimi insandır. Görün necə cəsarətli insandır. Onun ailəsi var və bilir ki, ailəsi onu başa düşür”.

 

Bu açıqlamalardan sonra isə həmin şəxs əlində gül buketi ilə studiyaya gəlib. M.İsgəndərli də deyib ki, oğlum indi gəlib məni öldürəcək, belə şeyləri xoşlamır.

 

Sizə maraqlı ola bilər