Metroda “Gədəbəy kartofu var” deyə elan verən qadından XƏBƏR VAR

14:22

10 İyun

lady gaga

Ötən gün sosial şəbəkələrdə yayılan, metroda çəkilən video müzakirələrə səbəb olub.

 

Belə ki, metrodakı sərnişinlərdən biri platformada metro işçiləri üçün nəzərdə tutulan mikrofonu götürərək “Yaxşı Gədəbəy kartofu var” deyə elan verib.

 

Bununla bağlı Primetime.az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə “28 May” stansiyasında baş verib:

 

“İyunun 7-si təxminən 22:30 radələrində olub. Metro işçisi ona yaxınlaşan kimi qadın mikrofonu yerinə qoyaraq gedib. Həmin qadın ruhi xəstədir”.

 

Günay Rəsulqızı

 

Посмотреть эту публикацию в Instagram

 

Nənə metroda mikrafonu götürüb “Yaxşı Gədəbəy kartofu var” deyə elan verir.

Публикация от PrimeTime.Az (@primetime.az)

Sizə maraqlı ola bilər