Mikayıl Müşfiqin nəşi ilə bağlı – Yeni xəbər

16:07

27 Noyabr

lady gaga

Mikayıl Müşfiqlə bağlı DNK analizlərinin nəticəsi hələ bir neçə həftədən sonra məlum olacaq. Çünki ortaya əlavə suallar çıxıb və bununla əlaqədar işlər bir qədər uzanacaq.

 

Primetime.az azvision.az-a istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov bildirib. Nazirlik rəsmisi qeyd edib ki, əlavə müayinələr təyin olunub.

 

“Hazırda istintaq gedir. Bu səbəbdən bizim əlavə məsələlər barədə danışmağa ixtiyarımız yoxdur. Ancaq onu deyə bilərəm ki, hələ heç nə hazır deyil, iş bitməyib. Daha doğrusu, müəyyən hissələr bitib, sadəcə əlavə suallar qoyulub və biz hələ də işi başa çatdıra bilmirik”.

 

Ə.Həsənovun sözlərinə görə, analiz üçün Mikayıl Müşfiqin kişi cinsindən olan qohumlarından qan və ağız suyu nümunələri götürülüb.

 

“Qohumların arasında kişi cinsindən nümayəndə olduğuna görə, Mikayıl Müşfiqin bacısının qəbri açılmadı”.

 

Qeyd edək ki, şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən İşçi Qrupu yaradılıb. Noyabrın 1-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında qrupun ilk iclası keçirilib. İclasda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna M.Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNT analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib. İşçi qrupunun gördüyü işlər və əldə edilmiş nəticələr barədə mütəmadi olaraq Azərbaycan Prezidentinə məruzə olunacaq və ölkə ictimaiyyətinə məlumat veriləcək.

Sizə maraqlı ola bilər