Mikroavtobus körpüdən aşıb, azı 8 nəfər ölüb

22:00

11 Sentyabr

lady gaga

Misir paytaxtının rayonlarının birində sərnişin mikroavtobusunun körpüdən düşməsi nəticəsində səkkiz nəfər ölüb və dörd nəfər yaralanıb.

 

Primetime.az APA-ya istinadən xəbər verir ki,  bu barədə “Al Ahram” qəzetinin elektron versiyası respublikanın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən məlumat yayıb.

 

Bildirilir ki, insanlarla dolu mikroavtobus İmbaba bölgəsində hərəkət edən zaman yol kənarındakı maneələrə çırpılıb və böyük bir hündürlükdən aşıb. Hüquq-mühafizə orqanlarından alınan ilkin məlumatlara görə, sürücü sürət həddini aşıb və avtomobilin idarəetməsini itirib, bu da faciəyə səbəb olub.

 

Əraziyə yeddi təcili yardım briqadası cəlb edilib. Əvvəlcə on nəfərin öldüyü və iki nəfərin xəsarət aldığı deyilsə də, Səhiyyə Nazirliyi bu məlumatı təsdiqləməyib.

Sizə maraqlı ola bilər