Milli parklarda “açıq qapı” günü keçiriləcək

15:40

12 İyun

lady gaga

Milli Qurtuluş Günü ilə əlaqədar iyunun 15-də Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək.

 

Primetime.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

 

Onun sözlərinə görə, iyunun 15-də ziyarətçilər giriş haqqından azad ediləcək. “Açıq qapı” günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək:

 

“Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda ətraf mühitin mühafizəsi və bioloji müxtəlifliyin qorunması istiqamətində də bir sıra tədbirlər həyata keçirildi, xüsusi mühafizə olunan təbiət ərazilərinin sahələri genişləndirildi. Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan flora və fauna növlərinin qorunub saxlanılması məqsədilə milli parklar, dövlət təbiət qoruqları və dövlət təbiət yasaqlıqları yaradılaraq mühafizə və infrastruktur baxımından inkişaf etdirildi. İlk milli park olan Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması da məhz dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir. Hazırda Azərbaycanda 10 milli park var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi Milli Qurtuluş Günü ilə əlaqədar milli parklara dəvət edir”.

Sizə maraqlı ola bilər