Minaya düşən Azadın vəziyyəti necədir? – Xəstəxanadan AÇIQLAMA

15:11

11 Oktyabr

lady gaga

Bərdə rayon Mərkəzi Xəstəxanasından bu gün minaya düşən Azad Həsənovun vəziyyəti ilə bağlı açıqlama verilib.

 

Primetime.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, xəstəxananın metodik kabinet müdiri Nərmin Abbasova  bildirib ki, xəstənin vəziyyəti ağırdır:

 

“O, sol ayağın və hər iki xayalığın travmatik amputasiyası, həmçinin sağ baldır nahiyəsinin arxa səthində geniş cızılmış yaralar və hər iki said nahiyəsində cızılmış yara diaqnozu ilə xəstəxanaya daxil olub. Xəstə əməliyyata alınıb. Onun Bakıya gətirilib gətirilməyəcəyi barədə isə hələlik heç bir məlumat yoxdur”.

Sizə maraqlı ola bilər