Mingəçevir su anbarı ətrafında baş verən yanğın söndürüldü – VİDEO – YENİLƏNİB

23:32

19 İyun

lady gaga

Bu gün axşam saat 21:00 radələrində Mingəçevir su anbarının yaxınlığında baş verən yanğın söndürülüb.

 

Primetime.az xəbər verir ki, bu barədə “Report”a FHN-in mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilir ki, yanğın Mingəçevir su anbarı ətrafındakı dağın ətəyində 5 hektara yaxın quru ot sahəsini əhatə edib:

 

“Bu gün axşam saat 9 radələrində Mingəçevir su anbarının ətrafındakı dağın ətəyində 5 hektarlıq quru ot sahəsi yanıb və yanğın mühafizə hissələri tərəfindən artıq söndürülüb”.

 

*** 21:12

 

Mingəçevir şəhərində ehtiyat su anbarının yaxınlığında yanğın başlayıb.

 

Primetime.az xəbər verir ki, bu barədə “Report”a yerli sakinlər məlumat verib.

 

Bildirilib ki, Bozdağın ətəklərində başlayan yanğın su bəndinə doğru hərəkət edir.

 

Hadisə yerinə Mingəçevir şəhər dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə maraqlı ola bilər