Mingəçevirdə internat məktəbinin yataqxanasında yanğın

21:36

6 Dekabr

lady gaga

Mingəçevirdə yerləşən yataqxanalardan birində yanğın hadisəsi baş verib.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, internat məktəbi yataqxanasının ikinci mərtəbəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin yanğınsöndürmə briqadası cəlb olunub.

 

Hadisə ilə əlaqədar binadakı şəxslər ərazidən təxliyyə olunub. Yanğın çevik müdaxilə nəticəsində lokallaşdırılıb. Hadisə yerinə həkim briqadası cəlb olunsa da, tibb işçilərinin müdaxiləsinə ehtiyac qalmayıb.

 

Qeyd edək ki, hadisə elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verib.

Sizə maraqlı ola bilər