Mirşahin Ağayev susqunluğunu pozdu: “Mən sizin ana və bacınızı söyməyəcəm, sadəcə…sevəcəm!”

12:16

12 Mart

lady gaga

Tanınmış jurnalist, yeni fəaliyyətə başlayacaq Real TV-nin rəhbəri Mirşahin Ağayevin səsləndirdiyi fikirlər yenə müzakirələrə səbəb olub.

Uzun bir fasilədən sonra jurnalist susqunluğunu pozub. Ağayev efirdə olmadığı müddətdə onunla bağlı yazılan, söylənən tənqidlərə, təhqirlərə cavab verəcəyi ilə bağlı qısa anons edib:

“Bəli, Mirşahin qayıdır, hazırlaşın. Narahat olmayın, təhqir edilməyəcəksiz. Ona görə ki, bu, mənim xarakterimcə deyil. Amma layiq olduğunuz cavabı mütləq alacaqsınız. Sosial şəbəkələrdə paylaşımlara şərh, daha doğrusu, şər yazanlar, nə xoşunuza gəlmir? Mənim düşərgəmi tanımırdınız ki? Əlbəttə, mən dövlətin yanındayam və sizinlə savaşanların önündə olacağam. Başqa cür olsaydı, təəccüblü olardı. Siz məni kiminsə söyüş dolu çıxışına istinadla təhqir edirsiniz. Amma sizi açıb ortaya qoyacam ki, xalq əsl içinizi görsün. Tezliklə sırada olacam və 1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq! Mən sizin ana və bacınızı söyməyəcəm, sadəcə…sevəcəm!”

 

Sizə maraqlı ola bilər