Mobil telefonu əlindən alınan qız soyuducudan “Twitter”ə mesaj göndərdi

17:57

14 Avqust

lady gaga

ABŞ-da maraqlı hadisə yaşanıb.

 

Primetime.az xəbər verir ki, Kentaki əyalətində yemək bişirərkən başı telefonuna qarışan və bu əsnada mətbəxdə yanğın çıxmasına səbəb olan 15 yaşlı Dorati adlı qızın mobil telefonu əlindən alınıb.

 

Adətən məşhur müğənni Ariana Qrande haqqında tvitlər atan Dorati anasının qoyduğu qadağanı ilk dəfə “Nintendo 3DS” adlı oyun konsolundan göndərdiyi mesajla pozub. O, mesajda “sonsuzadək gedirəm. Anam telefonumu aldı. Hamınız üçün darıxacam. Ağlayıram. Sağolun” – deyə qeyd edib. Ertəsi gün isə Doratinin anası tərəfindən yazdığı təxmin edilən bir mesajda “Doratinin Nintentodan “Twitter” istifadə etdiyini gördüm. Bu hesab bağlanacaq” yazılıb.

 

Lakin gənc qız bu dəfə başqa bir oyun konsolu olan Wii U”dan istifadə edərək “Salam. Anam Nintendomu aldı. Bundan başqa çarəm qalmadı. Göstərdiyiniz dəstək və sevginiz üçün təşəkkürlər” – deyə bildirib. Anasının bu cihazı da ondan alması nəticəsində Dorati son çarə olaraq ağıllı soyuducularından istifadə edib. Belə ki, o, “bu tvitin çatıb-çatmayacağını bilmirəm. Soyuducu ilə danışıram. Çünki anam bütün elektronik əşyalarımı əlimdən alıb” deyib. Ağıllı soyuducularda sosial şəbəkələr özəlliyini olması nəticəsində gənc qızın mesajı “Twitter”də yayımlanıb.

 

 

“Twitter” 15 yaşlı qıza qoyulan qadağanı qaldırmaq üçün #FreeDorothy etiketi ilə başladılan kampaniyanı da dəstəkləyib.

Sizə maraqlı ola bilər