MTRŞ sədrindən “Planet Parni iz Baku”ya özəl televiziyalarda qadağa qoyulması ilə bağlı AÇIQLAMA

18:33

6 Mart

lady gaga

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Tahir İmanov və “Planet Parni iz Baku” KVN Teatrına özəl televiziyalarda qadağa qoyulması ilə bağlı məsələyə münasibət bildirib.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, o, belə bir qadağanın olmadığını deyib. N. Məhərrəmli qeyd edib ki, özəl televiziya kanalları öz fəaliyyətlərində tam müstəqildirlər:

 

“Onlar proqram və yaradıcılıq siyasətində də azaddırlar. Onlar mövcud “Televiziya və radio yayımı haqqında” qanuna uyğun olaraq, fəaliyyətlərini qururlar. Kimləri öz efirlərində görmək istəyirlərsə, bu, onların şəxsi qərarıdır. Ona görə də bu kimi sualları onlara ünvanlamağınız məsləhətdir”.

Sizə maraqlı ola bilər