“Maşın Şou” nə vaxt başlayır? – Murad açıqladı

10:48

12 Fevral

lady gaga

Xəbər verdiyimiz kimi, xalq artisti Murad Dadaşovun ekranlardan getməsi ilə bağlı məlumatlar yayılmışdı.

 

Primetime.az xəbər verir ki, məsələ ilə bağlı şoumen “ATV maqazin 10larla” verilişinə açıqlama verərək, mələsəyə aydınlıq gətirib:

 

“Bu haqda, heç kimə, heç bir yerdə rəsmi olaraq bir söz də deməmişəm. Ancaq şəxsi söhbətlərdə söyləmişəm. O söhbətlərdə iştirak edənlər isə sayt rəhbərləri olub. İşin uğuru məni ruhlandırır. Əgər iş uğursuz alınsaydı, bəlkə də, mən doğrudan da çıxıb gedərdim. Gələn iştirakçılara mən həm tamaşaçı, həm də prodüser gözü ilə baxıram. Görəsən, bu insan şounu idarə edə bilərmi? Mən  hələ ki, belə bir insan görmürəm”.

 

Dadaşov müsahibəsində “Maşın şou”nun növbəti buraxılışının  yayım tarixindən də söz açıb:

 

“Sonuncu şou çox enerjimi aldı. Ən maraqlı sürətlərdən hesab edirəm. Bu qədər təəccübləndiyim qədər, təəccüblənməmişdim. “Maşın şou”nun növbəti buraxılışına biz gərək vaxt ayıraq. Qoy həm tamaşaçı, həm də biz darıxaq. Bu dəfə yaz aylarında keçirilməsi olan şounu payız aylarına salacayıq. İşrakçılar qismində maraqlı bir heyət yığmaq istəyirəm. Ona görə ki, 18-ci sürət gəlir, yarışmaçıların sayı da 18-dir”.

 

Sizə maraqlı ola bilər