Murad Arif onu bəyənməyən Xatun haqda: “Bu, şou-biznesin bəzi personajları üçün reklam üsuludur”

15:50

15 Aprel

lady gaga

Müğənni-bəstəkar və aparıcı Murad Arif həmkarı Xatun Əliyeva haqda danışıb.

 

“Atv maqazin 10larla” verilişinin “Hit parad” rubrikasına qonaq M.Arif ifaçıdan heyfini çıxıb.

 

Belə ki, proqramın ötən həftə yayımlanan buraxılışında X.Əliyeva Murad Arifin duetini bəyənməmişdi. O, həmçinin M.Arifdən  onun telefonunu əlindən alaraq şəxsi şəkillərinə baxdığı üçün incidiyini də bildirmişdi.

 

Bəstəkar-müğənni Xatun Əliyevanın sözlərinə belə münasibət bildirib:

 

“Gəlib-gedənə baxırıq və mənə telefonda şəkillər göstərirsən. Gözüm mənfi 4 görür. Nə edim?

 

Ərk edib telefonu əlindən aldım. Gördüm insan ətrafda olanların diqqətini cəlb etmək istəyir. Elə reaksiya göstərdi ki… Şoka girdim. Söhbət mədəniyyətdən gedir. Səhv etdim və üzr istədim.

Deyir ki, məclislərdə görüşmürük. 2 ay sonra üz-üzə gəlmişik.

 

Milçəkdən fil edib verilişdə danışmağa nə ehtiyac var?

 

Bu, şou -biznesin bəzi personajları üçün reklam üsuludur. Xanımı 10luqdan uzaqlaşdırıram. Əgər insanlara Murad Arifdən reaksiya lazımdırsa, buyurun. Bu mahnı hit, stil, qlamur, zövqlü, maraqlı deyil.

Ona görə də seçimim belə oldu.

 

M.Arif onu müğənni kimi qəbul etməyən həmkarkarına da söz atıb:

 

“Tək Xatun yox, adını çəkib çəkmədiyim hamı bir araya yığışıb xorla “Səni qəbul etmirik” desinlər. Nə olsun? Onsuz da, bu istəyimdən əl çəkən deyiləm. Özümü, və qiymətimi yaxşı bilirəm “.

 

Teymur Məmmədov

Sizə maraqlı ola bilər