Murad Arif: “Şou-biznesin ən çox danışanı Tünzalə Ağayeva, deyingəni isə Səbinədir”

16:14

14 Yanvar

lady gaga

Bəstəkar-ifaçı və aparıcı Murad Arif  “X maqazin” verilişinin “Səndən deyirlər” rubrikasında qonaq olub. 

 

Primetime.az xəbər verir ki, o, instagram istifadəçilərinin ona ünvanladığı sualları cavablandırıb. Arıqlamasından danışan Murad  kənd həyatı yaşamasından söz açıb:

 

“Kənddə yaşamışam, qoyun, ördək də otarmışam. Ömürboyu dostum olmayıb. Ağlı olan mənimlə dostluq etməz. Dostcanlı deyiləm”.

 

 O, mahnılarının plagiat olmasına da aydınlıq gətirib:

 

“Bu söz yanımdan yel olub ötüb keçir. Əsas odur ki, mahnılarım tutuzdurur. “Oppalara” mahnımdan əvvəl toylara endirim edirdim, sonra etmədim. Amma toy qiymətimi qaldırmadım”.

 

M.Arif şou-biznesin ən çox danışan və deyingən nümayəndələrindən söz açıb:

 

“Bunu rahat deyəcəm, çünki özü də mənim dostumdur. Ən çox danışan mənim əzizim Tünzalədir. Oxumağını da, çox danışmağını da sevirəm. Məndən sonra deyingəni isə Səbinə Babayevadır”.

Sizə maraqlı ola bilər