Türkiyəli məşhurlar Bakıda film təqdimatında – FOTOLAR + VİDEO

11:06

8 Noyabr

lady gaga

Ötən gün Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan “Dünya hali” filminin qala gecəsi keçirilib.

 

Primetime.az xəbər verir ki, baş tutan gəcəyə ekran işinin baş qəhrəmanları Murad Dalkılıç, Melis Sezen və Serenay Aktaş qatılıb. Onlar qırmızı xalçadan keçərək jurnalistlərin suallarını cavablandırıblar. Vətənimizdə bir neçə dəfə olan Murad bildirib ki, onlar vaxt tapıb şəhərimizi də gəziblər:

 

“İlk olaraq hər bir kəsə təşəkkürümü çatdırıram. Bizi belə qarşıladınız. Bura gəldiyimiz dəqiqədən etibarən çox gözəl dəqiqələr keçiririk. Hər zaman olduğu kimi qonaq pərvərliyinizə heyran qaldım. Yəməklərinizdən yedik, kabablarınızın dadına baxdıq”.

 

Filmdə aşiq olmaqdan qorxan adamı canlandıran Murad rolunun çətinliyindən söz açıb:

 

“Çünki, həyatımda başıma belə bir hadisə gəlməyib. Allah heç kimin də başına gətirməsin. Murad əslində çox gözəl müğənnidir, akyorluğuma gəldikdə isə bunu tamaşaçılar və tərəf müqabillərim deyə bilər. Həyatdə hər bir şeyə musiqi sayəsində nail olmuşam. Ona görə heç bir zaman müğənniliyi atmaq fikrim yoxdur. Əslində mənim əsl peşəm aktyorluqdur. Çalışdığım qədər hər iki işi bir arada icra edirəm”.

 

Dalkılıç gələcəkdə Azərbaycanla ortaq bir iş görmək istədiyini bildirib:

 

“Əslində niyə də olmasın?! Bunu layihə şəkildə təqdim etmək lazımdır. Düşünürəm ki, xalq olaraq bir-birimizin mədəniyyətini yaşatmalıyıq. Təxminən iki il əvvəl belə bir layihə üçün mən Bakıya gəlmişdim. Danışıqlar getdi, sonra o iş yarımçıq qaldı. İnşallah o işi yenidən təqdim edərik. Mən azəri mahnılarını sevirəm. Bunu da hər bir yerdə deyirəm”.

 

Melis Sezen isə  həyəcanlı olduğunu vurğulayıb:

 

“Vaxt edib, bizim qalamıza gəldiyiniz üçün hər bir kəsə təşəkkür edirəm. Əslində çox həyəcanlıyıq. Maraqla gözləyirik. Ümid edirəm ki, filmi izləyən hər bir kəs məmnun qalar bizim bu işimizdən. Mənə bu film uğurlu gəldi. Çünki çəkilişlər bitən kimi, “Mucizə 2″ filminə dəvət aldım. Onun qalası isə mart ayına təsadüf edəcək”.

 

Qeyd edək ki, rejissor Ömər Canın çəkdiyi “Dünya hali” filmi aşiq olma qorxusu olan Sərdarın və onun sevdiyi gənc qadın Gizəmin eşqə doğru gedən yollarından bəhs edir.

 

Sərvər Mehtiyev

Fotolar: Kərim Abbasov

Sizə maraqlı ola bilər