Murat Boz və Seda Bakan “Öldür beni sevgilim” üçün Bakıda – “Azərbaycandan film təklifi almışam” – FOTO

18:57

13 Mart

lady gaga

“CinemaPlus” kinoteatrın təqdimatı ilə Türkiyənin məşhur ulduzları Murat Boz və Seda Bakanın iştirakı  “Öldür beni sevgilim” filminin mətbuat konfransı baş tutub.

 

Primetime.az xəbər verir ki, filmin rejissoru Şenol Sönmezdir. Rollarda Murat Boz, Seda Bakan ilə yanaşı Açelya Topaloğlu, Özgür Emre Yıldırım, Seda Güven, Yosi Mizrahi, Dilşad Şimşek və Ali Yoğurtçuoğlu oynayıblar.

 

Ekran işinin baş rol ifaçıları onlara ünvanlanan sualları cavablandırıblar.

 

Murat Boz şəhərimizə səfəri ilə bağlı bu sözləri deyib: “Çox həyacanlıyıq. Çəkilişlər zamanı çox güldük. Bakıya konsertlərimə görə tez-tez gəlmişəm”.

 

Seda Bakan Bakıda ilk dəfə olduğunu deyib: “insanlar çox mehribandır. Heç bir yadlıq hiss etmədim. Həm də biz qardaş ölkəyik. Murat konsertə görə gəlmişdi, amma mən ilk dəfədir ki, burdayam”.

 

Hamilə olan Sedaya uşağın cinsiyyəti ilə bağlı suallara cavab verib: “Uşağın cinsiyyəti bəlli deyil. Əsas odur ki, sağlam olsun”.

 

Azərbaycandan film təklifi aldığını deyən Murat pulun bir o qədər də önəmli olmadığını bildirib. O, ssenarinin yaxşı olmasının tərəfdarı olduğunu bildirib: “Bu günə kimi, dram janrında filmə çəkilməmişəm. Həmişə komediya janrında olub. Bu bir az da “O ses Türkiye”dəki münsif kimi zarafatlarımdan irəli gəlir. Hələ ki dram janrında bir film təklifi gəlməyib”.

 

Murat aktyor Burak Özçivit ilə münasibətlərinin normal olduğunu bildirib: “Əslində “Kardeşim benim 2” filminin Bakıdakı qalasına mən də gəlməli idim. Sadəcə “O ses Türkiyə” verilişinin çəkilişi ilə üst-üstə düşdüyünə görə gələ bilmədim. Yoxsa hər şey qaydasındadır”.

 

Murat Boz müğənniliklə bağlı da danışıb: “Mən son nəfəsimə kimi müğənnilik etmək istəyirəm”.

 

Seda İstanbulla Bakını da müqaisə edib: “İstanbul elə bir yerdir ki, hər bir tərəfdə yeni tikililər, inşaatlar var. Kaş şəhər olaraq sizdən örnək götürsək. Çünki, tarixi binalar sökülür, yerində yeni binalar tikilir. Yeni inşaatlar isə daha bərbad şəkildə olur”.

 

Seda sənəti ilə bağlı da fikirlərini açıqlayıb: “Aktyorluq belədir ki, bir işdə yaxşı ola bilər, digərin də isə əksinə. Bu rejissordan və düzgün ssenaridən aslıdır. Amma zamanıada öz işində püxtələşirsən”.

 

Sərvər Mehtiyev

Foto: Kərim Abbasov

 

 

 

Sizə maraqlı ola bilər