“Musanın ağ tellərini sevirəm” – Təranə Qumral

17:08

11 Yanvar

lady gaga

“Yaş kişidə və qadında özünü göstərir. Bilirik ki, 35 yaşdan sonra saç yavaş-yavaş ağarmağa başlayır. Kimi saç boyasını qoyub üstünü örtür. Mən isə Musanın ağ tellərini sevirəm”.

 

Primetime.az xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral “Səhər-səhər” proqramına qonaq olarkən deyib.

 

O, həyat yoldaşı, ifaçı Musa Musayevin ağ saçlarına heyran olduğunu bildirib.  Verilişin digər qonağı M. Musayev isə söyləyib ki, “ağsaqqal” olmaq arzusundır:

 

“Mənim uşaqlıq arzu idi. Hər zaman ağsaqqal, məndən böyük insanlara baxanda deyirdim ki, kaş böyüyüb, yaşa dolaydım, mənim də ağ saçlarım olardı. Mən o həsrətlə yaşamışam. Amma ağ saçları qaranın altında gizlədib özümə ağsaqqal deyə bilmərəm. Hər bir yaşın öz gözəlliyi var”.

Sizə maraqlı ola bilər