Müslüm Maqomayevlə bağlı qalmaqal. Sevgilisi ekzqumasiyasını tələb edir

15:59

7 Dekabr

Rusiyanın birinci kanalında yayımlanan «На самом деле» verilişində qalmaqal yaşanıb.

lady gaga

Dmitriy Şepelevin aparıcısı olduğu proqrama əfsanəvi azərbaycanlı müğənni Müslüm Maqomayevin bacısı Tatyana Zayçeva qonaq olub.

T.Zayçevanın verilişə çıxmasına səbəb ailəsinin və qardaşının şərəfini yalan dedektorunun vasitəsi ilə qoruması olub.

Belə ki, müğənni Svetlana Rezanova müsahibələrinin birində M.Maqomayevlə eşq yaşadığını bildirib.

Tatyana Zayçeva isə bununla razılaşmayaraq S.Rezanovanın öz mənfəəti üçün qardaşının adından istifadə etdiyini bildirib.

Daha sonra isə çəkiliş meydançasına gələn İrina Korotkova qalmaqallı açıqlama edib. O, Müslüm Maqomayevdən Veronika adlı qız dünyaya gətirdiyini deyib. İ.Korotkova ifaçı ilə barda tanış olduğunu və bundan sonra aralarında yaxın münasibət yarandığını bildirib. Yalan dedektorunda yoxlamadan keçən İrinanın M.Maqomayevlə barda tanış olduğu sübuta yetirilib.

Hazırda İrina Korotkova və qızı qohumluq əlaqələrinin tibbi yolla sübut edilməsi üçün Müslüm Maqomayevin qalıqlarının ekzqumasiya edilməsini tələb edirlər. Onlar bunun üçün hüquqi yollara əl atacaqlarını bildiriblər.

Əfsanəvi ifaçının yaxınları isə bununla razılaşmaq fikrində olmadıqlarını deyib.

//1News.az

Sizə maraqlı ola bilər