Nadiq Qafarzadədən Həcc ziyarəti ilə bağlı SƏRT SÖZLƏR: “Ərəb şeyxləri kef çəkib…” – FOTO

18:20

11 Avqust

lady gaga

Müğənni Nadiq Qafarzadə Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedənlər üçün maraqlı fikirlər səsləndirib.

 

Primetime.az xəbər verir ki, sosial şəbəkədə fikirlərini açıqlayan tanınmış ifaçı oraya getmək üçün xərclənən pulları buradakı ehtiyac sahiblərinə verilməli olduğunu deyib:

 

“Allah qəbul etsin! Amma olmaz ki, o qədər pul ödəyib getməkdənsə, həmən pulları burada olan ehtiyacı olanlara, xəstə, kasıb ailələrə verək? Ərəb kralı özünə hər il 20 milyard pul qazanır. 7 dollara daş satır ki, şeytana ataq, eyni daşı hərləyib-fırladıb başqasına satırlar. 100 dollara qoyun alıb qurban kəsirlər, amma dünyada yaşayan müsəlmanlar (bəziləri) yenə də aclıqdan ölürlər. Qoyunun ətindən, yunundan, dərisindən satıb biznes qurublar. Həmən pullarla ərəb şeyxləri kef çəkib yaşayırlar! Yenə de Allah bilən məsləhətdir.

 

Yeri gəlmişkən, Qurban bayramınız mübarək! Allah imkansızlara və məzlumlara kömək olsun! Savabın məkanı yoxdur. Hər yerdə savab qazanmaq olar! Müqəddəs ziyarətgahları biznes obyektlerinə çevirməyək”.

 

 

Sizə maraqlı ola bilər