Nadir nikahdankənar oğlundan danışdı: “Cavanlıq səhvim idi” – VİDEO

18:30

17 İyun

lady gaga

Müğənni Nadir Qafarzadə  şəxsi həyatı ilə bağlı indiyə kimi danışmadığı bir sirri açıqlayıb. 

“Zaurla Günaydın” verilişində qonaq olan sənətçi 2 yox, 3 oğlu olduğunu söyləyib. Müğənninin ilk oğlu nikahdankənar dünyaya gəlib:

 

“Gənc vaxtlarımda olub. İndi oğlumun 27 yaşı var. Mən bura gələndə anam dedi ki, ancaq mənim meyidimin üstündən keçib ora gedə bilərsən. Qızla danışdım, təklif etdim ki, bura gəlsin. O vaxtı da bizdə müharibə gedirdi. Dedi ki, müharibə şəraitində olan ölkədə yaşaya bilmərəm. Beləcə yollarımız ayrıldı. Oğlumu doğulandan sonra görmüşəm. Adını anası qoyub, Sergey. Bura qayıdanda ailə qurdum, başım qarışdı. Onlarla maraqlana bilmədim. Belə deyim, bir  cavanlıq səhvim idi”.

 

Məlumat üçün bildirək ki, Nadir Qafarzadə Sevinc adlı xanımla evlidir. Cütlüyün iki Əziz və Loğman adlı övladları var.

Sizə maraqlı ola bilər