Nahidə Orucova mərhum xalq artistinin bacısı ilə QALMAQAL yaşadı

17:34

7 Noyabr

lady gaga

“Ona ev vermişəm, deməmişəm. Nuriyyə xanım sadəcə mənim yanımda qalanda sakit olurdu. Ona görə, illər boyu mənim evimdə qalıb. Harada yaşamışamsa, o, hər dəfəsində həftələrlə, aylarla mənim yanımda qalırdı. Yanıma gəlin və mənimlə üz-üzə bu söhbəti edin”.

 

Primetime.az xəbər verir ki, bu sözləri “Səhər-səhər” verlişində əməkdar artist Nahidə Orucova deyib. Aktrisa mərhum xalq artisti Nuriyyə Əhmədovanın bacısı Sevil Mikayılovanın ona ünvanladığı sözlərə münasibət bildirib:

 

“Siz orada niyə arxamca danışırsız? Düzgün deyil. Mənim yaşım çatmır sizə nəsə deyim. Özümə alçaqıqlıq sayaram ki, özümdən böyüyə söz deyərəm. Xahiş edirəm, danışığınızı bilin. Bacıma demədiyim sözləri, oturub Nuriyyə xanıma demişəm.

 

Heç vaxt “Nuriyyə gəlib mənim evimdə qalıb” demərəm. Həmişə demişəm, mənim yanımda qalıb. Onun borcundan xəbərim var idi. Hətta o borcu sizdən istəməmişəm. Borcu özüm həll etdim”.

 

Qeyd edək ki, S.Mikayılova N.Orucovanın “Nuriyyə mənim evimdə qalıb” sözlərinə sərt cavab verib.

Sizə maraqlı ola bilər