Namiq Qaraçuxurlu da qazanc azlığından gileyləndi: “Bəzən peşman oluram ki…”

19:40

6 Dekabr

Bu gün tanınmış meyxanaçı – müğənni Namiq Qaraçuxurlu Zaur Kamalın aparıcısı olduğu “5/5” verilişinin qonağı olub.

 

lady gaga

Zaur ondan əvvəl, yoxsa indi daha çox qazandığını soruşub. O isə əvvəl toylardan daha çox gəlir əldə etdiyini deyib:

 

“Düşünürəm ki, əvvəl daha çox qazanırdım. Çünki əvvəl toylarda meyxana deyirdim, indi demirəm. Qazancın çoxu da elə o meyxana deməkdən gəlirdi. Bir imkanlı adamın məclisinə girərsən, əhvalı yaxşı olar və o sənə elə qazanc verər ki, bir illik qazancına bəs edər. Bəzən peşman oluram ki, o qazandıqlarımızın bəzisini kiməsə yazığım gəlib, onun üçün xərcləmişəm. Bəzən də fikirləşirəm ki, belə də olmalı idi. Çünki bu mənim xarakterimdir”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl açıqlama verən müğənni Nadir Bayramlı da əvvəlki illərə nisbətən, indi toylardan daha az qazandığından şikayətlənmişdi.

 

Elmar

Sizə maraqlı ola bilər