“Nataşa, tı prişol?”a klip çəkən “Planet Parni iz Baku” komandası konsert günü 4-ə çatdırdı – VİDEO

17:00

3 Aprel

lady gaga

Xəbər verdiyimiz kimi, intellektual səviyyəsi ilə həmkarlarından seçilən “Planet Parni iz Baku” KVN Teatrı növbəti solo konsert proqramına hazırlaşır.

Ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında 17, 18 və 19 aprel tarixinə planlaşdırılan konsertə tamaşaçıların xahişi ilə 1 gün də əlavə olunub. Beləliklə “Planet Parni iz Baku” KVN Teatrı 20 aprel tarixində də izləyicilərinin qarşısında olacaq.

Teatr kollektivi, konsertin adı ilə bağlı daha bir maraqlı video, dəqiq desək klip ərsəyə gətirib.

Konsertin adı, yəni “Nataşa, tı prişol?” 2017-ci ildə Parni iz Baku Baku” KVN Teatrının ərsəyə gətirdiyi “TV-yə giriş qadağandır” konsertindəki səhnəcikdən götürülüb.

Belə ki, əməkdar artist Cabir İmanovun baş rolunu ifa etdiyi tamaşa təyyarədə cərayan edən hadisələrdən ibarət idi. Uçuş zamanı Rusiyada fəaliyyət göstərən bir azərbaycanlı rus dilində danışarkən Nataşa adlı qadına məhz belə müraciət edir: “Nataşa, tı prişol?”. Sözün gedən tamaşadan ən maraqlı fragmentlər götüürülərək, klip formasında teatrsevərlərə təqdim edilib. 3 gün baş tutacaq konsertin biletləri 30-200 AZN civarındadır. İnformasiya dəstəyi Asan Radio və Primetime.az saytına məxsusdur. Teatr kollektivi hazırda Azərbaycan Dövlət Filarmoniyasında konsert məşqlərini edir.

Sizə maraqlı ola bilər