Natavan ana olduqdan sonra ilk dəfə DANIŞDI: “Səliqəsizlikdir…”

11:20

10 Sentyabr

lady gaga

Müğənni Natavan Həbibi  106.3 FM-də yayımlanan “#Ulduzxana” verilişində dicey Kazım Sübhanın suallarını cavablandırıb. 

 

Primetime.az xəbər verir ki, sənətçi ana olduqdan sonra ilk dəfə övladı haqda danışıb:

 

“Uşağı yatızdıranda Səidə deyirəm, bu necə hissdir, necə varlıqdır? Bunu necə izah edim, bilmirəm. Zeyd mənim içimdədir, mən də onun içində. Yəqin, bütün valideynlərdə belədir. Bu anları çox gözləyirdim. İndi doya-doya yaşayıram.

 

Bir müddətdir gündəmdən uzaqlaşan sənətçi şou-biznesin hazırki vəziyyətindən gileylənib:

 

“Ancaq pozitivləri görürdüm. Son vaxtlar çox söz-söhbətlər var. Amma dəqiq anlaya bilmirəm. Səliqəsizlikdir, kim nə istəyir oxuyur, danışır. Bu, bir az vaxt alacaq, hər şey yerinə qayıdacaq. Tam güclə hazırlıqlar gedir. Yeni mahnı var, klip çəkdirəcəm. Yenə gözəl kliplər, hitlər olacaq”.

Sizə maraqlı ola bilər