Natavan ana olacağını təsdiqlədi: “İki həftə sonra barışdıq”

13:50

14 Yanvar

lady gaga

“Bir ildir bir yerdəyik. Heç kim bilmirdi. Şəkil paylaşıb, ad gününü təbrik edəndə, hamı elə bildi barışdıq. Yox, biz ayrılandan iki həftə sonra barışdıq”. 

 

Primetime.az xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi “X maqazin” verilişinə açıqlamasında deyib.

 

Repçi həyat yoldaşı Səid Əliyev (Dado) ilə kamera qarşısına keçən sənətçi ilk dəfə hamiləliyindən danışıb:

 

“Bizim öz ailəmiz var, niyə uşaq xəbərin gizlədim? Öz halal ailəmdir. Sadəcə, səhhətimlə bağlı danışmırıq. 4 aydır evdəyəm. Öz sağlamlığım üçün efirlərə getmirəm, anam da qoymur. Səid oğlan, mən qız istəyirəm. Heç nə yeyə bilmirəm, amma hər şey istəyirəm. Səid bütün günü ordan-burdan nələrsə tapıb gətirir”.

Sizə maraqlı ola bilər