“Bu səhifəni bağladım” – Natavan Həbibidən yeni – FOTOLAR

12:23

13 Fevral

lady gaga

Xəbər verdiyimiz kimi müğənni Natavan Həbibi bir müddət öncə “ATV maqazin 10larla” verilişində əməkdar artist Murad Dadaşov və müğənni Kərim Abasovun onun haqda səsləndirdiyi fikirlərə münasibət bildirib.

Ötən gün tədbirlərdən birinə qatılan ifaçı M.Dadaşovla aralarında baş barən hadisəyə belə aydınlıq gətirib:

“Sözün düzü hələ zəng vurmamışam. Bilirsiniz elə şeylər var ki, insana həmin an təsir edir. Bəlkə üz-üzə görüşdüyümüz zaman məsələni həll edə bilərik. Çünki vaxt keçdikcə yaranan vəziyyət öz əhəmiyyətini itirir. Artıq o söz-sözhbətlərin içindən çıxmışam. Belə şeylər daha mənə təsir etmir. Bu səhifəni bağladım”.

İfaçı həmkarı Kərim Abasov haqda da danışıb:

“Hər kəsə deyiləcək sözün çoxdur. Ona görə də düşünürəm ki, əgər biz bir-birimizə vaxtında qulaq assaq və harada danışıb, susmağın lazım olduğunu bilsək daha gözəl olar. Çünki bir yerdə oturmuşuq və  anamın hazırladığı yeməklərdən yemişik. Bu şeyləri danmaq olmaz. Necə ki, mən edirəm.

Danışdı, cavabını aldı, qurtadı getdi”.

İmicini dəyişən Natavan Həbibi yeni görünüşü haqda  bunları deyib:

“Uzun zamandır saçlarımı bu formaya salmaq istəyirdim. Lakin stilistlərim bunun mənə yaraşmayacağını dedilər.

Anar Ağakişiyevlə söhbət edərkən mənə bu   formanı uyğun gördü və mən də bəyəndim. Zövqlər müxtəlifdir”.

Teymur Məmmədov.

Foto: Nurlan Gülməmmədov

 

Sizə maraqlı ola bilər