Nazənin məhkəmədə Təranəyə ağır cəza verilməsini istədi

20:06

14 İyun

lady gaga

Müğənni Nazəninlə qalmaqal yaşayan Təranə Qumralın məhkəmə prosesi keçirilib.

 

Bu barədə “Alter Eqo” hüquq şirkətinin baş direktoru Heyrat Qarayev açıqlama verib:

 

“Məhkəmədə zərərçəkmişlər Nazənin Salayeva, onun həyat yoldaşı Məhəbbət Həsənov və prodüseri Pərviz Abbasov iştirak edib. Hər üç zərərçəkmiş məhkəmədə çıxış edərək, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. Həmçinin, zərərçəkmiş Məhəbbət Həsənov Təranə Qumralla intim münasibətlərindən danışaraq etiraf edib. Təranə Qumral məhkəmənin üzr istəmə və təkziblə bağlı qərarını icra etməyəcəyini bildirib”.

 

Məhkəmə prosesi iyunun 25-ə təyin olunub.

 

Məsələyə münasibət öyrənmək üçün Nazəninlə əlaqə saxladıq. Lakin müğənni sualı eşidən kimi, dəstəyi asdı.

 

Qeyd edək ki, Təranə ilə Nazənin arasındakı qalmaqal uzun illərdir davam edir. Qalmaqal “ANS”in “Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala “Səni ərimlə tutdum” demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi.

 

\\Yenicag.az

Sizə maraqlı ola bilər