Nazarbayev: “Sabah Xəzər üzrə tarixi qərar veriləcək”

11:33

11 Avqust

lady gaga

Xəzər dənizində sahilyanı dövlətlərin qarşılıqlı əməkdaşlığı ilə bağlı bütün məsələlər razılaşdırılıb. Sabah tarixi qərar qəbul olunacaq.

Bu sözləri Qazaxıstanın prezindenti Nursultan Nazarbayev deyib.

“Son 20 il ərzində biz Xəzər dənizində ümumi işimizlə bağlı bütün məsələləri həll etmək üçün mövqelərimizi razılaşdıraraq heç də asan olmayan danışıqlar aparmışıq. Bu məsələlərə Xəzərdə naviqasiya, dənizdəki resurslar, Xəzərin bioloji resurslarının qorunub saxlanması, ticarət və dövlətlərimizin əməkdaşlığı daxildir. Hesab edirəm ki, bütün məsələlər razılaşdırılıb və biz sabah tarixi qərarın qəbul edilməsini gözləyirik. Bu, bizim hamımız üçün olduqca mühüm andır.” – deyə, Nazarbayev bildirib.

Xatırladaq ki, sabah – avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı beş ölkənin – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan dövlət başçılarının V sammiti keçiriləcək. Görüşdə 20 ildən çoxdur ki, üzərində mürəkkəb və intensiv iş aparılan Xəzərin hüquqi statusuna dair yekun Konvensiyanın imzalanacağı gözlənilir.

Sizə maraqlı ola bilər