Nazimin “10 Ulduz” adlı remiks albomunda kimlər yer alacaq? – “Eksklüziv olaraq, sizə deyim”

18:37

14 İyun

lady gaga

“Virtual həyat” verilişinin qonağı olan müğənni-bəstəkar Nazim Məmmədov maraqlı açıqlamalar verib.

 

35 illik yubileyi ilə bağlı hazırlanan “10 Ulduz” adlı remiks albomu haqda danışan Nazim, dostu, aranjimançı Fərid İmanın ona olan sürprizi ilə bağlı bunları dedi:

 

“Aranjimançı Fərid İmanın bir sürprizi oldu ki, xəstəxanada olduğum vaxt məni müjdələdi. Fərid mənim bir neçə mahnımın aranjimançısıdır. Biz onunla nəinki mənim, başqa bəstəkarların da mahnıları üzərində işləyirik. Fərid dedi ki, sənin 35 illik yubileyinə belə bir albom hazırlamaq istəyirəm. Adı “10 Ulduz” olsun. Bu isə silsilə olacaq, “10 Ulduz 1”, “10 Ulduz 2”, “10 Ulduz 3”. Çünki bizim oxunmuş mahnılarımız çoxdur. Mənim illər öncə oxunmuş mahnılarıma müraciət edib, onları remiks və ya rimeyk formada təqdim edəcəyik. Fərid İman mahnıları olduğundan fərqli bir formaya salıb həmin ifalara yeni bir nəfəs vermək istəyir. Onlardan biri işıq üzü gördü. Elçin Cəfərovun “Göstər get” mahnısı yeni formada təqdim olundu”.

 

O, daha sonra tamaşaçıların hansı müğənnilərin bu albomda səsini eşidəcəklərini də açıqlayıb:

 

“İlk dəfə eksklüziv olaraq, sizə deyim. Xalq artisti Aygün Kazımovanın ifasında mənim “Dönək evimizə” mahnım vardı, onun üzərində işləyəcəyik. Natavan Həbibinin ifasında “Sevəcəyəm” mahnısının rimeyk variantı olacaq”.

Sizə maraqlı ola bilər