Nazir “Qarabağ”ın futbolçusunu mükafatlandırdı – FOTO

15:51

6 Yanvar

lady gaga

“Qarabağ” klubunun futbolçusu Donald Gerrye daha bir mükafata layiq görülüb.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi vətəni Haitidə həmyerliləri Mateo Filipp Koulz və Redondo El Prinsip Riçardla birgə Gənclər, İdman və Vətəndaş Hərəkatı Nazirliyi tərəfindən təltif edilib.

 

Çapar Koulz Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Haitiyə tarixi qızıl medal qazandırıb. Riçard isə amputasiyalı futbolçular arasında Meksikada keçirilmiş dünya çempionatının bombardiri olub. Hər üç idmançı ölkəni dünyada layiqincə təmsil etmiş səfirlər kimi mükafatlandırılıblar.

 

Onları əvvəlcə Haiti prezidenti Jovenel Moiz qəbul edib, daha sonra şərəflərinə təntənəli mərasim təşkil olunub. Haitili idmançılar fəxri diplomlarla mükafatlandırılıblar.

 

Qeyd edək ki, daha əvvəl Donald Gerrye İdman Araşdırmalar Mərkəzinin keçirdiyi sorğuda İlin əcnəbi futbolçusu nominasiyasının qalibi kimi mükafatlandırılıb.

 

Sizə maraqlı ola bilər