Nazir təyyarədə telefonla danışdığı üçün istefa verdi

13:00

24 May

lady gaga

Yeni Zelandiyanın nəqliyyat naziri Fil Tvayford istefa verib.

Nazirin istefa verməsinə səbəb qayda pozuntusuna yol verməsidir. Belə ki, Tvayford təyyarə uçuşa hazırlaşan zaman telefonla danışıb. Bu isə mülki aviasiya qaydalarına ziddir. Buna görə də nazir tutduğu postdan istefa verməli olub.

O, bu addımına görə üzr istəyib və nəqliyyat nazirinə yaraşmayan bir səhvə yol verdiyini bildirib.

 

Sizə maraqlı ola bilər