Nazirlər və deputatlar xalq artistinin yubileyində – FOTOLAR

11:23

29 Avqust

lady gaga

Avqustun 28-də Nizami Kino Mərkəzində görkəmli kinorejissor, Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı, “Space” teleşirkətinin prezidenti Vaqif Mustafayevin doğum gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin diplomatik nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, tanınmış ziyalılar iştirak ediblər.

Qeyd edilib ki, Vaqif Mustafayev Azərbaycanın kino sənətinə yeni və fərqli üslub gətirən rejissordur. Bildirib ki, Azərbaycan kinosunun tanınmış siması olan Vaqif Mustafayev bu günlərdə Prezident İlham Əliyevin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunub.

Mədəniyyət naziri Əbülfəs Qarayev Vaqif Mustafayevin həyat və yaradıcılığının Azərbaycan mədəniyyətində özünəməxsus yerini qeyd edərək bildirib ki, V.Mustafayev Azərbaycana məxsus bir çox xüsusiyyətləri öz ekran əsərlərində tamaşaçılara yumorla təqdim etmək bacarığına malikdir. Onun çəkdiyi sənədli filmlərdən danışan nazir rejissorun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdən bəhs edən filmlərini xüsusi vurğulayıb.

Sonra mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin 2018-ci il 1 avqust tarixli Sərəncamı ilə rejissorun təltif edildiyi “Şərəf” ordenini ona təqdim edib.

Sonda tədbir iştirakçılarına təşəkkürünü bildirən rejissor Vaqif Mustafayev ona təqdim olunan “Şərəf” ordeninə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

FOTOLAR: Kərim ABBASOV

Sizə maraqlı ola bilər