Nazirlik ərəb turistləri cərimələdi – VİDEO

21:50

13 Sentyabr

lady gaga

Neftçala rayonunda icazəsiz ov edən ərəblər saxlanılıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları rayonun Uzunbabalı kəndi ərazisində müvafiq icazə olmadan ova cəhd edən 3 nəfəri saxlayıb.

 

Ova cəhd edənlərin Səudiyyə Ərəbistanı vətəndaşları – Abdulrahman Fahad Almehemid, Nasser Saleh Alnuuayser və Fahad Sulaiman Alhumaid olduğu məlum olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimovun sözlərinə görə, reyd zamanı ərəblərdə aşkarlanan ov alətləri müsadirə olunub, özləri isə cərimələnib.

 

Faiq Mütəllimovun sözlərinə görə, nazirliyin əməkdaşları tərəfindən reydlər davam etdirilir. Ekoloji qayda pozuntusuna rast gələn vətəndaşlar da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli qaynar xəttinə müraciət edə bilərlər.

 

\\Xezerxeber

Sizə maraqlı ola bilər