Şaxta babaya məktub yazan Tufanla bağlı nazirlikdən AÇIQLAMA

17:34

7 Dekabr

lady gaga

11 yaşlı Tufanın Şaxta babaya məktubu sosial şəbəkələrdə maraqla qarşılanıb.

 

Primetime.az xəbər verir ki, Təhsil Nazirliyi də Tufanın məktubuna biganə qalmayaraq Yeni ildə şagirdi ziyarət edib ona öz sovqatlarını verəcəyini bildirib.

 

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə məlumat yayıb:

 

“Sosial şəbəkələrdə və saytlarda Masallının Bədəlan kəndindən olan, hər iki valideynini itirmiş 11 yaşlı Tufanın Şaxta babaya məktubu yayılıb. Bununla bağlı bildirmək istəyirəm ki, Əşrəfov Tufan Bağır oğlu Masallının Dəmirçi kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdidir. Özü Bədəlan kəndindəndir. Məktəbdən verilən məlumata görə, nümunəvi şagirddir, dərslərini yaxşı oxuyur. Tufan dayısının və babasının himayəsində yaşayır. Təhsil Nazirliyi Yeni il ərəfəsində Tufanı ziyarət edəcək və öz sovqatı ilə onu sevindirəcək”.

Sizə maraqlı ola bilər