Nazirlikdən xəbərdarlıq: quşlarınızı belə saxlayın – VİDEO

22:52

13 Fevral

Qonşu İranda ”Quş qripi” geniş yayılıb. Bu, Azərbaycan üçün təhlükəli ola bilər.

 

lady gaga

Bu barədə Kənd Təsərüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən məlumat verilib. Xidmətin sözçüsü Yolçu Xanvəlinin sözlərinə görə İrandan Azərbaycan 2006-cı ildən quş və quşçuluq məhsulları gətirilməsinə qadağa qoyulub. Amma bununla belə bu virusun köçəri quşlarla keçməsi ehtimalı yüksəkdir.

 

Hazırda ölkəmizdə bu xəstəliklə bağlı epizodik durum sabitdir və quşlarda bu virusa rast gəlinməyib. Bununla belə yol kənarında satılan köçəri quşların alınması tövsiyyə olunmur. təsərrüfat sahibləri isə heyvanlarda şüphəli hal gördükdə mütləq aidiyyatı qurumlara müraciət etməlidir.

 

Qeyd edək ki, mart ayında dövlət baytarlıq nəzarəti xidməti tərəfindən ölkə ərazisində ”quş qripi”nə qarşı geniş monitorinqin keçirilməsi planlaşdırılır.

 

\\Xezerxeber

Sizə maraqlı ola bilər