Nazpəri Dostəliyeva gənc müğənniləri “yıxıb-sürüdü”, onların adını belə çəkmək istəmədi: “Bu, musiqi deyil”

20:56

6 Dekabr

Bu gün xalq artisti Nazpəri Dostəliyeva Zaur Kamalın aparıcısı olduğu “5/5” verilişinin qonağı olub.

 

lady gaga

Tanınmış sənətçi gənc müğənniləri tənqid edib. N. Dostəliyeva onları təhsilsiz olmaqda qınayıb:

 

“Gəclərin demək olar ki, 80 faizinə qulaq asa bilmirəm. Çünki ali təhsil almaq istəmirlər, tez toyxanalara qaçırlar, musiqiləri düzgün təqdim etmirlər. Meyxana sənətini mən çox sevirəm, amma daha çox meyxanaya üz tuturlar, meyxana ilə duet oxuyurlar. Meyxana üslublu mahnıları daha çox oxuyurlar. Çox istərdim ki, qızlar da, oğlanlar da ali təhsil alsınlar. Ona görə də bunların çoxuna qulaq asmıram”.

 

Zaur xalq artistinə Damla, Vasif Əzimov, Şəbnəm Tovuzlu kimi müğənnilərin mahnısını qulaq asdırıb, onların kim olduğunu soruşub. N. Dostəliyeva isə onları tanısa da adlarını çəkmək istəməyib.

 

O, Vasif Əzimvonun “Mənim sevgim” mahnısına qulaq asdıqdan sonra bu sözləri deyib:

 

“Bu, meyxanaya aiddir, musiqi deyil. Deməyəcəm kimdir. Gəncdir, istedadlıdır. Əgər müğənni olmaq istəyirsə, ali təhsil ocaqlarına getsin.

 

İndi toyxanalar baş alıb gedir. Çünki bunları siz populyar etmisiniz. Populyar olsunlar, amma ali təhsil ocaqlarına da getsinlər. Görürsünüz ki, tanıdıqlarımın adını belə çəkmək istəmədim. Onları mən ali təhsilə yönləndirmək istəyirəm. Bayağı musiqilər gəldi-gedərdir. Onlara demək istəyirəm ki, Azərbaycan musiqisini böyük səhnələrdə təmsil etsinlər, sonra pul sizi tapacaq”.

 

Elmar

Sizə maraqlı ola bilər