Nihat Hatipoğlu haqqında cinayət işi açılacaq – Erməniyə görə – FOTOLAR

16:58

15 May

lady gaga

Türkiyədə Ramazan ayı boyunca yayımlanan “Nihat Hatipoğlu ilə iftar” proqramının aparıcısı Nihat Hatipoğlu haqqında cinayət işi açılacaq.

 

Primetime.az xəbər verir ki, buna Hatipoğlunun Artur adlı erməni oğlan uşağını kəlmeyi-şəhadət gətirdərək müsəlman etməsi səbəb olub. Baş verən hadisədən sonra proqramda uşaq istismarı iddiaları gündəmə gəlib.

 

Uşağın anası Alina Y. verdiyi açıqlamada “oğlum müsəlman olmayıb. Biz erməniyik, xristianıq. Mən bilsəydim özüm uşağımın yanında gedərdim, amma bilmədim. Mağazada işləyirəm. Birdən belə bir xəbər gəldi. Artur 13 yaşında saf uşaqdır. Səhv hərəkət edib. O, müsəlman olmayıb, sünnət olmayıb” deyib.

 

Daha sonra Alina millət vəkili Qaro Paylana zəng edərək oğlunun icazəsiz proqrama çıxarıldığını bildirib. Paylan isə “Twitter” hesabından “uşaq istismarı ilə bağlı proqram haqqında yayım şurası və məhkəməyə şikayət edəcəyəm” – deyə açıqlama verib. Bununla yanaşı İnsan Haqları Dərnəyi də Hatipoğlundan şikayətçi olacaqlarını bildirib.

 

Sosial şəbəkə hesabından məsələ ilə bağlı paylaşım edən İstanbul millət vəkili Mustafa Yeneroğlu “Nihat Hatipoğluna yaraşdırmadım və üzüldüm. Ailəsinin icazəsi olmadan 13 yaşlı müsəlman uşağın xristianlar tərəfindən dininin dəyişdirilməsi zamanı nə hiss edərsəm, bu görüntülər qarşısında eyni hissi yaşadım” – deyə ifadə işlədib.

 

Sizə maraqlı ola bilər