Novruz Məmmədov daha bir MSK əməkdaşına yüksək vəzifə verdi

13:13

12 Fevral

lady gaga

Mərkəzi Seçki Komissiyasının keçmiş hüquq şöbəsinin müdiri İradə Hacıyeva Nazirlər Kabinetində yüksək vəzifəyə təyin olunub.

 

Primetime.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, baş nazir Novruz Məmmədovun müvafiq əmri ilə, İradə Hüseyn qızı Hacıyevaya Nazirlər Kabineti Aparatının ümumi şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

 

İ.Hacıyeva təyinatı ilə bağlı xəbəri təsdiqləyib.

 

Qeyd edək ki,  İradə Hacıyeva  uzun illər MSK Katibliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Sizə maraqlı ola bilər