Nura Suri: “Kimsə əxlaqı açıq-saçıq geyimlə ölçürsə, özü əxlaqsızın böyüyüdür” – FOTOLAR

16:32

12 Avqust

lady gaga

Azərbaycanlı ifaçı Nura Suri “Instagram” hesabında paylaşım edib.

Primetime.az xəbər verir ki, o, paylaşımında açıq-saçıq fotolarına görə onu tənqid edənləri hədəf alıb.

 

Sənətçi paylaşımında “Mənim 2000-ci illərdən bəri internetdə belə fotolarım var və bu, məni narahat etmir. Əgər fotolarım kimisə narahat edirsə, baxmasın. Kimsə əxlaqı açıq-saçıq geyimlə ölçürsə, özü əxlaqsızın böyüyüdür. Özümə və həyat tərzimə arxayınam. Tanımadığım bədniyətli insanların fikri vecimə deyil. Əgər olsaydı, belə şəkillər paylaşmazdım. Hamınıza xoşbəxt olmağı arzu edirəm” – deyə qeyd edib.

 

Sizə maraqlı ola bilər