O brilyant rekord qiymətə satıldı – FOTO

11:10

15 Noyabr

lady gaga

İsveçrənin Cenevrə şəhərində Christies tərəfindən keçirilən açıq artırmada satışa çıxan brilyant rekord qiymətə alıcı tapıb.

2016-ci ildə Anqolada tapılan 163.41 karatlıq brilyant 32.7 milyon dollara satılıb.

Auksiona telefonla qatılan alıcının kimliyi isə gizli saxlanılıb.

Qeyd edək ki, brilyantlar üçün ən dəyərli rəng kateqoriyası olan “D” kateqoriyasında şəffaflığa malik olan brilyant Anqolada tapılan Lulo mədənində 404 karatlıq xam brilyantdan kəsilmişdi.

O, Hollandiyanın Antverpen şəhərində mütəxəssislər tərəfindən kəsilərək qüsursuz hala gətirilmişdi.

 

Sizə maraqlı ola bilər