“O ses Türkiye”də 2-ci tur: azərbaycanlı iştirakçı növbəti mərhələdə – VİDEO

10:31

14 Yanvar

Tv8 kanalında yayımlanan “O ses Türkiye” mahnı müsabiqəsində 2-ci tur başlayıb.

 

lady gaga

Bu mərhələdə azərbaycanlı iştirakçılardan Ayla Ray (Şiriyeva) da çıxış edib. Yıldız Tilbenin komandasında yer alan həmyerlimiz “Shy Guy” mahnısını oxuyub. 3 iştirakçı – Ayla, Gökce və Yonca arasında seçim etmək məcburiyyətində qalan Y. Tilbe həmyerlimizi seçib və o, növbəti mərhələyə adlayıb.

 

Qeyd edək ki, cari mövsüm “O ses Türkiye”də 7 azərbaycanlı – Adil Baxışlı, Pərvin Səfərov, Aynurə Şirinova, Nəzrin Əfəndizadə, Ayla Ray (Şiriyeva), Kamran Arif və Ozan Əhmədov çıxış etmiş və mərhələ adlamışdı. 2-ci turda isə həmiş iştirakçılardan Adil Baxışlı və Kamran Arif yarışma ilə vidalaşıb.

Sizə maraqlı ola bilər