Obama ailəsinin portretləri ilk dəfə nümayiş etdirilir

13:20

13 Fevral

lady gaga

ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə xanımı Mişel Obamanın portretləri paytaxt Vaşinqtondakı “Smitsonian Milli Portret Qalereya”sında nümayiş etdirilir.

Portretlərin açılış mərasimində Barak Obama və Mişel Obama da iştirak edib.

Mərasimdə danışan keçmiş birinci xanım Mişel Obama portretlərin gələcək illərdə Afrika əslli amerikalı uşaqlara təsir edəcəyini söyləyib:

“Başlarını qaldırıb baxanda özləri kimi görünən birinin şəklini bu qurumda görəcəklər. Onların həyatlarına nə cür təsir edəcəyini özümdən bilirəm, çünki mən də o uşaqlardan biri idim”.

Mişel Obama rəssam Amy Sheraldın çəkdiyi rəsmi çox bəyəndiyini bildirib.

Barak Obama da mərasimdə etdiyi zarafatlarla qonaqları güldürüb.

Sizə maraqlı ola bilər