Oğurluq etdiyi mağazanı yandıran şəxs saxlanıldı – Azərbaycanda

22:18

23 İyul

lady gaga

İyulun 19-da Ağdam rayon sakini N.Rüstəmova məxsus, ümumi sahəsi 32 kvm olan mağazada yanğın baş verib.

 

Primetime.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla Quzanlı kənd sakini, əvvəllər məhkum olunmuş R.Hüseynovun həmin mağazadan oğurluq etməsi, daha sonra yanğını törətməsi müəyyən edilib.

 

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə R.Hüseynov saxlanılıb.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Sizə maraqlı ola bilər