Oksana gözəllik sirrini açıqladı – FOTO

14:50

12 Mart

lady gaga

Tanınmış rəqqasə və aktrisa Oksana Rəsulova gözəllik sirrini açıqlayıb.

O, neçə vaxtdır xanımların maraqlandığı dəri və saçla bağlı suallara cavab verib.

Oksana dərisinə heç bir kimyəvi tərkibli krem və ya yağ vurmadığını etiraf edib: “Özümü günəşdən, soyuqdan qorumaq üçün makiyaj edərkən baza kimi nəmləmdirici və yüksək spf olan kremlərdən istifadə edirəm. Baxmayaraq ki, dərim problemli deyil, heç olmasa hər axşam üzümü bu sabunlardan biri ilə yuyuram: “дегтярное мыло” və ya “тминовое мыло” (cirə yağlı sabun). Sonra isə üzümə tərkibində spirt olmayan losyon və nəmləndirici üz kremi (yalnız yuxudan qabaq) vururam”.
Rəqqasənin saçlarının baxımı isə bundan ibarətdir:  “Çalışıram evdə saçlarımı yuyanda dəsmal ilə qurulayıb, sonda yalnız 5-6 dəqiqə fenləyim. Bir də, heç olmasa ayda 1 dəfə saçlarıma bitki tərkibli yağlar ilə maskalar edim. Məsələn, kokos yağı (Hindistan kokos yağı olsa daha yaxşı olar). Ən əsası, əgər saçlarınızın hər zaman gözəl və parlaq olmasını istəyirsizsə, çalışın bir saç ustası seçib, yalnız onun yanına gedin. Çünki, hər dəfə başqa başqa stilistlərin yanına gedəndə saç “küsür”. Eyni şəkildə, massaj ustanız və ya kosmetoloqunuzu da çalışın tez tez dəyişməyin”.

Sizə maraqlı ola bilər