Oksanadan onu tənqid edənlərə: “Çalışaq, günahlarımızı azaldaq”

10:03

17 May

lady gaga

Rəqqasə Oksana Rəsulova haqqında danışanlara cavab verib.

Bir neçə gün öncə süni mayalanma ilə övlad dünyaya gətirəcəyi deyilən və tənqidlərə məruz qalan rəqqasə şəxsi instagram hesabında bunları yazıb:

“Aylar şahı Ramazan. Bu gün bu müqəddəs ay xoş gəlir! Bütün oruc tutub dua edən insanları təbrik edirəm. Allah qəbul etsin.
Bu ayda əllərimi açıb Allaha yalvaracam: Ya rəbbim, imansız dinsiz insanlara; ürəyi daş olub, gözü kör olanlara, böhtan atıb, nəticəsini anlamayanlara, Allahı tanıyıb ona ibadət etməyənlərə, Qurani Kərimi dərk etməyənlərə, dinimizi qəbul etməyənlərə, qeybət edib öz nəslini, ailəsini, övladlarıni fikirləşməyənlərə, kiminsə haqqına girib haqq yeyənlərə, cadu edib günah qazananlara… ya Rəbbim, onlara ibadət ver, düzgün yola çək, ürəklərinə və dillərinə mərhəmət, ağıl, hidayət ver ya Allah. Heç olmasa bu ay ərzində, əməllərimizi düzəldib, çalışaq, günahlarımızı azaldaq. Amin”.

Sizə maraqlı ola bilər