Ölkədə təbii qazla təmin olunan abonentlərin sayı açıqlandı

12:16

12 Sentyabr

lady gaga

2019-cu ilin sentyabr ayının 1-nə olan məlumata görə “Azəriqaz”  İstehsalat Birliyində əhali sektoru üzrə 59 min 419 yeni abonent qeydiyyata alınıb.

 

Qurumun mətbuat xidmətindən Primetime.az-a bildirilib ki, bunun 32 min 619-u Bakı, Abşeron və Sumqayıt, 26 min 800-ü isə regionların payına düşür. 2019-cu ilin təkcə avqust ayı ərzində əhali sektoru üzrə 5 078 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3 040-ı Bakı, Abşeron və Sumqayıt, 2 038-i isə regionların payına düşür. Beləliklə, 1 sentyabr 2019-cu il tarixinə təbii qazla təmin olunan abonentlərin sayı ölkə üzrə 2 milyon 242 min 350-ə bərabərdir. Bu rəqəmin 2 milyon 211 min 548-i əhali, 30 min 802-i qeyri-əhali sektoruna aiddir. Bundan başqa Bakı şəhəri üzrə təbii qazla təmin olunan abonentlərin sayı 863 min 397, regionlar üzrə isə 1 milyon 378 min 953 təşkil edir.

 

Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 566 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kub metr limit ayrılıb.

Sizə maraqlı ola bilər