Ölkələrin ənənəvi rəqsləri. Tanqo, salsa, vals…

16:07

12 Yanvar

lady gaga

Musiqi və rəqsin birləşməsi ruhun ən sehrli qidasını təşkil edir desək yanılmarıq.

Oxuculara ölkələrin ən məşhur ənənəvi rəqslərini təqdim edirik:

TANQO – ARGENTİNA

1860-cı illərdə ortaya çıxan məhəbbətin və ehtirasın rəqsi olan Tanqonu həm izləmək, həm də öyrənmək üçün ən ideal ünvan təbii ki, ana vətəni Argentina, xüsusən Buenos-Ayresdir.

Milonga olaraq adlandırılan tanqo gecələri üçün “Barrancas de Belgrano Parkı”, “Club Gricel” və ya “Confitera Ideal” gediləcək yerlər arasındadır.

Bu gecələrin ən gözəl xüsusiyyəti isə tanqo rəqsini dərhal orada öyrənə bilməyinizdir.

İzləməklə kifayətlənmək istəyirsinizsə isə yeməkli milonga gecələrinə qatılmağı seçə bilərsiz. Hər avqust ayında keçirilən Tanqo Festivalını də qaçırmaq istəməyəcəksiz.

SAMBA – BRAZİLİYA

Bir çoxları Braziliyada keçirilən Rio Karnavalında iştirak etmək arzusundadır.

Braziliyada hər fevral ayında keçirilən karnavalda ölkənin ən yaxşı rəqqasları ən görkəmli paltarlarına bürünərək möhtəşəm şou nümayiş etdirirlər.

Əgər siz də samba rəqsini öyrənmək istəyirsinizsə, Rio de Janeirodaki turist dərslərindən birində iştirak edə və ya ölkənin ən böyük məktəbləri olan Mangueira və Unio da Ilhadan dərs ala bilərsiz.

VALS – AVSTRİYA

Musiqiçi Johan Ştrausun bənzərsiz istedadı sayəsində bütün dünyaya yayılan vals Avstriyanın ənənəvi rəqsidir.

Həqiqi Avstriya valsını ən yaxşı hiss etməyin yolu isə yanvar və fevral aylarında gerçəkləşən ballardan birində iştirak etməkdir. Ən məşhur ballardan olan Opernball 1877-ci ildən bəri Vienna Operasında gerçəkləşir.

FLAMİNQO – İSPANİYA

Əndəlüs Xalq Musiqisi altında edilən flaminqo rəqsi İspaniyanın rəmzlərindən biridir.

Kompleks və sıx mədəni bir ənənəyə malik flaminqonu izləmək üçün Madrid və Seviliya bir çox şousuyla ideal şəhərlərdəndir. Flaminqo tok-şouları keçirildiyi yerlər “Tablaos” adlanır və bu yerlərdə yemək altında şouları izləməyiniz mümkündür.

SALSA – KUBA

Latın Amerikadan ruhlanan salsa rəqsini kəşf etmək üçün ən gözəl yer Kubadır.

Salsa rəqsi dünyanın fərqli yerlərində fərqli şəkildə tətbiq olunur. Bu rəqsin ən gözəl xüsusiyyətlərindən biri çox fərqli hərəkət və musiqiylə ekspromt edə bilməkdir.

 

 

 

Sizə maraqlı ola bilər