33 il sonra övladlıq olduğunu öyrənən gənc “anasını” öldürüb, intihar etdi – VİDEO

11:21

14 Avqust

lady gaga

Türkiyədə faciəvi hadisə qeydə alınıb.

 

Primetime.az xəbər verir ki, Almaniyadan tətil üçün gəldiyi Kayseridə övladlığa götürüldüyünü öyrənən 33 yaşlı Məhəmməd Erdal D. adlı şəxs ögey anasını öldürdükdən sonra intihar edib. Belə ki, Ahmet D. adlı şəxs 33 il öncə dünyaya gələn və Məhəmməd adını verdiyi oğlunu Almaniyada yaşayan və uşağı olmayan qardaşı Fərhad D.-yə övladlığa verib. M. Erdal isə əmisi Fərhad D. ilə həyat yoldaşı İfakat D.-ni öz ailəsi olaraq bilib. O, ötən il F. Erdalın həyatını itirməsindən sonra anası bildiyi əmisinin yoldaşı ilə yaşamağa başlayıb.

 

O, həqiqətləri Qurban bayramı münasibəti ilə Kayseriyə gəldikdən sonra adı açıqlanmayan bir qohumunun hər şeyi danışması nəticəsində öyrənib. Baş verənlərdən sonra Məhəmməd Erdal evdə olan tapança ilə illərdir anası bildiyi 64 yaşlı İfakat D.-nı qətlə yetirdikdən sonra intihar edib. Hadisə yerinə gələn Ahmet D. isə oğlunun cəsədini gördükdən sonra huşunu itirib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Sizə maraqlı ola bilər