Özünü “Ken Doll”a oxşatmaq istədi. Son halı görənləri şoka saldı – FOTOLAR

10:58

14 İyun

lady gaga

“Ken Doll” oyuncağına oxşamaq istəyən Braziliyalı Rodriqo Alves dəfələrlə əməliyyat olunub. İstədiyi görüntünü əldə etmək üçün fasiləsiz estetik əməliyyat etdirən Alves, bu dəfə Praqaya gedib.

O, ardarda əməliyyat keçirdiyinə görə həkimlər tərəfindən xəbərdar olunmağına rəğmən buna qulaq  asmayıb. Təkrar bıçaq altına uzanan 34 yaşlı Alvesin son fotoları isə görənləri şoka salıb.

O bu görüntüyə sahib olmaq üçün 60 dəfə estetik əməliyyat olunub. Dodaq, burun və çənə əməliyyatları, botoks, dolğular və bunun kimi bir çox əməliyyat etdirən Alves, son olaraq incə bir belə sahib olmaq üçün qabırğalarını çıxartdırıb.

Lakin xəyalındakı kimi görünmək üçün etdirdiyi prosseslərin bir çox mənfi təsirləri olub. Belə ki, üz baxımı müddətində üzü yanıb və üst-üstə burun əməliyyatı etdirdiyi üçün burnu çürüyüb.

Ancaq daha yaxşı görünmək üçün estetik əməliyyatları davam etdirəcəyini deyən Alves, özünü belə daha yaxşı hiss etdiyini bildirib.

 

 

 

Sizə maraqlı ola bilər