Parisdə güclü partlayış: 1 ölü, 10 yaralı

14:10

12 Yanvar

lady gaga

Fransanın paytaxtı Parisdə güclü partlayış olub.

 

Primetime.az xəbər verir ki, hadisə çörək maqazinində baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 10-dan çox insan xəsarət alıb. İlkin ehtimallara görə, partlayışın qaz sızması nəticəsində baş verdiyi və hadisədən sonra güclü yanğın çıxdığı bildirilir.

 

Verilən məlumata görə, polis və yanğınsöndürənlər yaxınlıqdakı binaların sakinlərini təxliyyə edib. Partlayış nəticəsində binalara xeyli maddi ziyan dəyib.

 

Sizə maraqlı ola bilər